- Köhnə - Cəmiyyət
- 18 Avqust 2015 15:12
- 6 398
Bakcell-dən yenilik – 3 AZN-lik ödəmə kartı + bonus

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti mövcud ödəmə kartları ilə yanaşı abunəçilərin istifadəsi üçün 3 AZN nominallı yeni ödəmə kartlarının satışına başlayıb.
AzNews.az xəbər verir ki, Bakcell həmçinin CIN abunəçiləri üçün yeni kampaniyaya start verib. Bu kampaniya çərçivəsində balansını yeni 3 AZN-lik ödəmə kartı ilə artıran CIN abunəçiləri yüklədikləri məbləğin 10%-i dəyərində bonus qacanacaqlar.
Qeyd edək ki, abunəçilər əldə olunan bonusları şəbəkədaxili zəng, SMS, MMS və mobil internet üçün istifadə edə bilərlər. 3 AZN nominallı ödəmə kartlarının istifadə müddəti 30 gün təşkil edir.
Beləliklə Bakcell şirkəti bundan sonra abunəçilərə bu nominallı kartlar təklif edəcək: 1 AZN, 2 AZN, 3 AZN, 5 AZN, 10 AZN və 20 AZN.
Yeni kartla əlaqəli kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün abunəçinin balansından heç bir məbləğ tutulmur.
Yeni 3 AZN və digər nominallı ödəmə kartları barədə ətraflı məlumatı www.bakcell.com keçidindən istifadə edərək əldə etmək olar.