- Köhnə - Cəmiyyət
- 18 Avqust 2015 22:12
- 3 985
İnternet trafikin həcmi iki dəfədən çox düşdü

Azərbaycanın ilkin provayderi – “Delta Telecom” şirkətinin şəbəkəsi üzrə daxil olan internet trafikin həcmi iyun ayı ilə müqayisədə iyul ayında 58,6 faiz azalıb və 60 qiqabit təşkil edib.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında məlumat verilir.
Şəbəkənin yüklənmə dinamikası sutkanın saatlarından asılı olaraq dəyişir. Ən böyük yüklənmə - 60-70 qiqabit gecə saatlarına (21:00 – 00:00) təsadüf edir. Səhər saatlarında bu göstərici 5 qiqabitə kimi enir.
"Delta Telecom"-un məlumatına əsasən, iyun ayı ilə müqayisədə iyul ayında çıxan trafikin həcmi 50 faiz aşağı düşərək 10 qiqabit təşkil edib.
Avqustun 15-ə olan məlumata görə, son istifadəçiyə kimi çatdırılan ən böyük internet trafikin həcmi dövlət provayderi "BakinterNet"-in (26,51 faiz) payına düşüb. İkinci yerdə 19,86 faizlə "Aztelekom", üçüncü yerdə isə 9,5 faizlə "Uninet" gəlir.
Qalan 44,13 faiz aşağıdakı şirkətlər tərəfindən istifadə edilib: AlfaNet", "Azintex", "Eurotelecom", "Smart Systems", "AG Telecom", "Azedunet", "Caspel", "QlobalNet", "Ultel", "Avirtel", "AzStarNet", "Castel", "MegaTelecom", "Azerin", "Stellford", "Nakhchivan", "Azeronline", "Azqtel", "DATAPlus", Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi, "AzEuroTel", "Bakcell", "Eurocel" и "TransEuroCom".