Seçki günü səhər saat 7:00-dan başlayaraq İctimai Televiziya özünün 200-dən artıq əməkdaşı ilə Azərbaycanda keçirilən parlament seçkilərini işıqlandırmağa başladı. Seçki günü səhər saat 7:00-dan başlayaraq İctimai Televiziya özünün 200-dən artıq əməkdaşı ilə Azərbaycanda keçirilən parlament seçkilərini işıqlandırmağa başladı.

Azərbaycanda seçkilər İTV-nin efirində izləndi - FOTOLAR

Seçki günü səhər saat 7:00-dan başlayaraq İctimai Televiziya özünün 200-dən artıq əməkdaşı ilə Azərbaycanda keçirilən parlament seçkilərini işıqlandırmağa başladı.


Mərkəzi Seçki Komissiyasının açılış təlimatından başlayaraq səslərin sayılmasının başa çatdığı vaxta, gecəyarı saat 01:00-dək hər saat canlı bağlantılarla və məntəqələrdən videoxəbərlərlə seçkinin gedişini bütün televiziya tamaşaçıları üçün ətraflı və yüksək peşəkərliklə izahlı və şərhli olaraq çatdırdı.

İctimai Televiziyanın seçkiləri işıqlandıran bütün personalının əməyinin sayəsində kanalın efiri respublika miqyasında 125 seçki dairəsinin hamısının ərazisində baş verənləri operativ olaraq tamaşaçılara çatdırdı.

Əslində İctimai Televiziyanın fəaliyyəti yalnız seçki günü deyil, seçkilərdən də əvvəl, namizədlərin seçki kampaniyası başlayandan öz efirində "Xalq seçir" proqramı ilə əhalini seçkilər barədə maarifləndirmiş, proqrama dəvət etdiyi cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslər, siyasətçilər, hüquq müdafiəçiləri, politoloqlar, QHT rəhbərləri, jurnalistlər və ictimai fəal şəxslərin iştirakı ilə ölkədəki seçki mühitini aydınlaşdırmış və tamaşaçıda demokratik seçkilər haqqında aydın təsəvvür yaratmışdı.

Hətta seçki günü İctimai Televiziya operatv işlədiyinə görə, MSK üzvləri də yerlərdəki dairə məntəqələrdə baş verənləri bu kanalın efirindən izləyirdilər.




image description image description image description image description image description image description