Sürücülərə xəbərdarlıq

Azərbaycan yol polisi sürücülərə çağırış edib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev şənbə günü Trend-ə bildirib ki, sabah Qurban bayramı günlərinin son günü olduğu üçün Bakıda və respublikanın digər avtomobil yollarında intensivlik yüksək olacaq, paytaxta gələn və gedən avtomobillərin sayı artacaq.

Bu baxımdan İdarə sürücülərə müraciət edərək hər hansı yol qəzalarının baş verməməsi üçün yol hərəkəti qaydalarına ciddi əməl etmələrini xahiş edir.

"Xüsusən, sürət həddinə, ötmə qaydalarına əməl etmələrini tövsiyə edirik", - Əliyev deyib.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar oktyabrın 25 və 26-si qeyri-iş günü elan edilmişdi.

AzNews.az