Beyləqanda ər-arvad həmkəndliləri tərəfindən döyülüb. Beyləqanda ər-arvad həmkəndliləri tərəfindən döyülüb.

Ər-arvad həmkəndliləri tərəfindən döyüldü - Beyləqanda

Beyləqanda ər-arvad həmkəndliləri tərəfindən döyülüb.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Ağayev Daşqın Yusif oğlu və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Səfərova Xatirə İsmayıl qız Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Əli Məmmədovun verdiyi məlumata görə, hər iki zərərçəkənə ilkin tibbi yardım göstərilib. Həkimlər D. Ağayevə baş və alın nahiyəsinin əzilmiş-cırılmış, X. Səfərovaya isə bədənin müxtəlif nahiyələrində travmatoloji zədələr diaqnozu qoyub.

Zərərçəkənlər döyülmə faktı ilə bağlı rayon polis şöbəsinə müraciət ediblər.