Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu xəstəxanadan evə buraxılıb. Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu xəstəxanadan evə buraxılıb.

Əməkdar artistin səhhətilə bağlı yeni xəbər: “Evə buraxıldı”

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu xəstəxanadan evə buraxılıb.


Bu barədə AzNews.az-a aktyorun oğlu Ceyhun Məmmədov məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədoğlunun səhhəti nisbətən normallaşıb:
"Noyabrın 20-də həkimlər xəstəxanadan evə buraxılmağını məsləhət gördülər. Hazırda evdədir. Bundan sonra müalicəsi ev şəraitində aparılacaq".

Qeyd edək ki, Ələsgər Məmmədoğlu noyabrın 12-də yüksək insult diaqnozu ilə Binəqədi Rayon Xəstəxanasına yerləşdirilmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az