“Samsung” şirkəti Hindistanda yeni Galaxy M smartfon seriyasının təqdimatını keçirib. “Samsung” şirkəti Hindistanda yeni Galaxy M smartfon seriyasının təqdimatını keçirib.

“Samsung”dan yeni smartfonlar

“Samsung” şirkəti Hindistanda yeni Galaxy M smartfon seriyasının təqdimatını keçirib.

Yeni smartfon seriyası alıcıları öz qiymətləri ilə cəlb edən Çin istehsalı smartfon modelləri ilə rəqabət aparmaq üçün yaradılıb.

Beləliklə, yeni “Galaxy M” seryasının ilk smartfonları “Galaxy M10” və “Galaxy M20” oldular. Onların hər ikisi “Infinity-V” ekranı ilə təchiz ediliblər və ekranların üzərində V şəkilli çıxıntı hissə yerləşir. Hər iki smartfon xarici görünüşcə bir-birinə bənzəsə də onlar arasında bəzi fərqlər var.

“Galaxy M20” modelini “Galaxy M10”dan fərqləndirən əsas özəllik onun arxa panelində barmaq izi skanı texnologiyasının olmasıdır. Əsas texniki göstəricilər baxımından “Galaxy M20” 19.5:9 nisbətli və 2340x1080 piksel keyfiyyətli 6.3 düym TFT ekran, 8 nüvəli Exynos 7904 (2 güclü nüvə və enerji sərfiyyatı baxımından 6 effektiv nüvə), 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi, sürətli enerji yığma texnologiyalı 5000 mAh enerji tutumlu batareya (USB Type-C girişi vasitəsilə), 12 MP + 5 MP ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunub.

“Galaxy M10” smartfonu isə “Galaxy M20”dən fərqli olaraq daha geniş və uzundur. Bu smartfon 1520x720 piksel keyfiyyətli 6.22 düym ekran, Exynos 7870 prosessoru, 2/3 GB RAM, 16/32 GB daxili yaddaş həcmi, 3500 mAh enerji tutumlu batareya (microUSB vasitəsilə), 12 MP +5 MP ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunub.

Hər iki smartfon “Samsung Experience 9.5” interfeysli “Android 8.1 Oreo” əməliyyat sistemi vasitəsilə çalışır. Lakin hər iki smartfonun “Android Pie” əməliyyat sisteminə kimi yenilənməsi bu ilin ikinci hissəsinə planlaşdırılır.

Yeni smartfonlar hələlik yalnız Hindistanda satılacaq. 2 GB RAM və 16 GB daxili yaddaşa sahib “Galaxy M10” 112 dollar, 3 GB RAM və 32 GB daxili yaddaşa sahib “Galaxy M10” 126 dollar, 3 GB RAM və 32 GB daxili yaddaş sahib “Galaxy M20” 153 dollar, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib “Galaxy M20” isə 183 dollardır.(qafqazinfo.az)

© AzNews.az