- Maraq dairəsi
- 7 Mart 2019 16:52
- 2 153
Manila aeroportunda 1500-dən çox tısbağa aşkar edildi - FOTO

Ulduzlu tısbağalar Cənub-Şərqi Asiyada çox populyar ev heyvanları hesab edilir.
Filippinin Gömrük Xidməti Honkonqdan Manilaya uçan sərnişinin yükündə 1500-dən çox canlı tısbağa aşkar edib.
Həmin tısbağalar “Nino Akuino” beynəlxlaq aeroportunun uçuş zonasında açkarlanıb.
Bu sürünənlərin arasında nəsli kəsilməkdə olan tısbağa növləri, məsələn ulduzlu tısbağa da var. Onların əksəriyyətinin hələ çox kiçik olduğu bildirilir. Yapışqanlı lentə bükülərək paltarların arasında və ayaqqabıların içərisində gizlədilən heyvanların hamısı sağdır.
Ulduzlu tısbağalar Cənub-Şərqi Asiyada çox populyar ev heyvanları hesab edilir. Onlardan xalq təbabətində istifadə edildiyi də bildirilir.(AZƏRTAC)
AzNews.az
