"Bu it ailəmin bir hissəsidir". "Bu it ailəmin bir hissəsidir".

İtini xilas etmək üçün yanan evə girdi

"Bu it ailəmin bir hissəsidir".

ABŞ-ın Kaliforniya ştatında bir adam itini xilas etmək üçün yanan evə girib.

Sosial media istifadəçiləri tərəfindən qəhrəman elan olunan adam hadisədən kiçik yaralanmalarla xilas olub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı bir evdə yanğın çıxıb.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra evin sakinləri boşaldılıb. Xilasetmə qrupu yanğına müdaxilə etdiyi zaman ev sahibi itinin içəridə olduğunun fərqinə vararaq yanan evə girib.

Az müddətdən sonra iti ilə evdən çıxan şəxs sosial media istifadəçiləri tərəfindən qəhrəman elan edilib.

3 uşaq atası olan Jose Guzman bu haqda belə deyib:

“Hər ikimizə bir şey ola biləcəyini bilirdim, ancaq o an bunu düşünmədim. Bu it ailəmin bir hissəsidir. Bunu ailəmdəki hər kəs üçün edərəm”.

Səidə Vahid

AzNews.az