- Maraq dairəsi
- 26 Noyabr 2019 11:59
- 6 624
Hindistanda doğulan körpəni görənlər şoka düşdü - FOTO / VİDEO
Biz yalnız normal və sağlam uşaq istəyirdik, amma Allah bizi bu cür cəzalandırdı
Hindistanda 21 yaşlı qadın qeyri-adi körpə dünyaya gətirib.
AzNews.az "Daily Mail"ə istinadən xəbər verir ki, 18 ay əvvəl ailə quran Babita Ahirvar və Singh Ahirvar cütlüyünün noyabrın 23-də ilk uşaqları dünyaya gəlib.
Doğulan körpə onu görən hər kəsi təəccübləndirib.
Belə ki, onun iki başı və 3 qolu olub.
Körpənin doğulduğu xəstəxananın həkimləri də karyeraları ərzində bu cür hadisə ilə rastlaşmadıqlarını bildiriblər. Onlar Hindistanın digər həkimləri ilə bu mövzunu müzakirə etdiklərini deyiblər.
Tibdə bu cür anadan olan əkizlər “Tribrachius parapagus” adlanır. Nadir fenomen olan körpələrin çox yaşamayacağı deyilir.
Ana Babita Ahirvar bildirib ki, tibb bacıları körpəni qucağına verəndə qarışıq duyğular içərisində olub.
“Əvvəlcə elə bilirdim ki, əkizlərim olub, amma tibb bacıları dəsmalını açanda ilk övladımızın ikibaşlı və üçqollu olduğunu görüb şoka düşdüm. Biz yalnız normal və sağlam uşaq istəyirdik, amma Allah bizi bu cür cəzalandırdı. Niyə bilmirəm”, - deyə ana bildirib.
Ata isə uşağa yaşayacağı müddət ərzində sevib, qayğı göstərəcəyini deyib.
“Bu, mənim uşağımdır və mən onu evə aparıb, olduğu kimi böyüdəcəyəm”.
Pərvanə
AzNews.az