İzləyicilər nəhayət 8-ci sezonun 3-cü bölümündə “qara qış”a şahid olmuşdu İzləyicilər nəhayət 8-ci sezonun 3-cü bölümündə “qara qış”a şahid olmuşdu

“Game of Thrones”un 8-ci sezonu yenidən çəkilir?

İzləyicilər nəhayət 8-ci sezonun 3-cü bölümündə “qara qış”a şahid olmuşdu

“Game of Thrones”un ("Taxtların oyunu") rəsmi “Twitter” hesabındakı paylaşım filmin izləyicilərini sevindirib. Lakin səkkizinci sezonun yenidən çəkiləcəyini düşünənlərə pis xəbərimiz var.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, filmin rəsmi “Twitter” hesabında Stark ailəsinin “Winter is coming" (“Qış gəlir”) atalar sözü paylaşılıb.

İlk sezondan bəri “Game of Thrones”da qışın gəlməsini gözləyən izləyicilər nəhayət 8-ci sezonun 3-cü bölümündə “qara qış”a şahid olmuşdu. "Winter is coming" paylaşımları əsasən yeni sezondan əvvəl edildiyi üçün serialın fanatları “8-ci sezon yenidən çəkiləcək?” deyə şərhlər yazıb. Lakin bu həqiqəti əks etdirmir.

Bu tvit böyük ehtimalla serialın 8-ci sezonu “Blu-ray” versiyasının yayım tarixinə işarə verir.

Qeyd edək ki, 8-ci sezon 2 dekabrda “Blu-ray” olaraq satışa çıxacaq.

Səidə Vahid

AzNews.az