- Maraq dairəsi
- 26 Noyabr 2019 16:26
- 5 116
“WhatsApp” yeni funksiyanı sınaqdan keçirir – İsmarışlar silinəcək

Bu funksiyanı “Kontakt haqqında məlumat” və ya “çatın qrup ayarları” bölməsində işə salmaq olar
“WhatsApp” təsisçiləri istifadəçilərin ismarışlarını müəyyən zaman kəsiyindən sonra avtomatik silməyə imkan verən yeni funksiyanı sınaqdan keçirir.
AzNews.az-ın məlumatına əsasən, bu barədə “WABetaInfo” portalı yazır.
“İsmarışların silinməsi” funksiyası messencerin 2.19.348 beta-versiyasında Android sistemlərdə aktivləşdirilib.
Messencerin test versiyasında bu funksiyanı “Kontakt haqqında məlumat” və ya “çatın qrup ayarları” (bu halda funksiyanı yalnız qrupun administratoru istifadə edə bilər) bölməsində işə salmaq olar.
Qeyd edilir ki, istifadəçilər ismarışın bir saat, gün, həftə, ay və ya il olmaqla saxlanma müddətini özləri seçə biləcəklər.
AzNews.az