Şirkət məlumat yaydı Şirkət məlumat yaydı

"Twitter" hesabların kütləvi təmizlənməsinə hazırlaşır

Şirkət məlumat yaydı

"Twitter"in rəhbərliyi altı aydan çox sosial şəbəkəyə daxil olmayan istifadəçilərə xəbərdarlıq mesajları göndərməyə başlayıb.

"The Verge" nəşrinə istinadən xəbər verir ki, dekabrın 11-dək istifadəçi adı və şifrədən istifadə edilməyəcəyi təqdirdə həmin şəxslərin profilləri silinəcək.

"Twitter" istifadəçilərinə etibar edəcəkləri daha dəqiq və etibarlı məlumatları təqdim etmək üçün qeyri-aktiv hesabların silinməsi üzərində işləyirik. İnsanları qeydiyyatdan keçdikdən sonra sosial şəbəkədən fəal istifadə etməyə çağırırıq", - şirkətin məlumatında deyilir.

Qeyd olunur ki, profillərin silinməsi prosesi bir neçə ay çəkəcək. ("Report")

AzNews.az