Yumurtanın sarısı damarları tıxayan lipoproteinlərlə zəngindir Yumurtanın sarısı damarları tıxayan lipoproteinlərlə zəngindir

Damar tıxanmasına səbəb olan qidalar

Yumurtanın sarısı damarları tıxayan lipoproteinlərlə zəngindir

Gündəlik həyatda qəbul etdiyimiz qidalar bəzən fayda vermək əvəzinə sağlamlığımıza zərər verə bilər. Bəzi hallarda yemək vərdişlərimizdəki səhvlər damarlarımızın tıxanmasına səbəb olur.

Damarlar tutulduğu təqdirdə, ürək bədənin digər orqanlarına qan ötürə bilmir. Bu hal eyni zamanda ürək xəstəliklərinin də yaranmasından xəbər verir. Ürək-damar sağlamlığınızı qoruya bilmək üçün qidalanmanızda bir sıra dəyişikliklər etməyiniz vacibdir.

AzNews.az türk mətbuatına istinadən damar tıxanmasına səbəb olan bəzi ərzaq məhsullarını təqdim edir:

Ət

Ət doymuş yağ və xolesterin nisbəti yüksək olan bir qidadır. Bu səbəbdən yağlı qırmızı əti həftədə 2 dəfə və ya daha çox qəbul etməyiniz damarlarınızın tıxanması ilə nəticələnə bilər.

Yumurta

Yumurtanın sarısı damarları tıxayan lipoproteinlərlə zəngindir. Bir yumurtada 5 qram yağ, 186 mq xolesterin var.

Toyuq dərisi

Toyuğun qanadı normalda dərisi soyulmadan qızardılır. Zərərsiz görünsə də, dəridəki kalori və lipoproteinin miqdarı yüksəkdir.

Sadəcə bir ədəd qızarmış toyuq qanadında 10 qram yağ və 160 kalori var.

Trans yağ

Hər gün yediyimiz ərzaq məhsulların əksəriyyətində trans yağlar var.

Onlar ümumiyyətlə hazır qidalarda, marqarində, bişmiş və dondurulmuş qidalarda olur.

Səidə Vahid

AzNews.az