Onlar çox vaxt həkimlərin diqqətindən yayınırlar Onlar çox vaxt həkimlərin diqqətindən yayınırlar

Koronavirusun simptomsuz fəsadları açıqlandı

Onlar çox vaxt həkimlərin diqqətindən yayınırlar

Koronavirusun asimptomatik daşıyıcıları ağciyər həcmində azalmanı və böyrək funksiyalarının pozulmasını hiss etməyə bilərlər.

AzNews.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Corc Meyson Universitetinin biologiya elmləri doktoru Anna Baranova açıqlama verib. O qeyd edib ki, virusun asimptomatik daşıyıcıları əsasən gənclərdir və onlar çox vaxt həkimlərin diqqətindən yayınırlar.

"Onlar başqa səbəblə həkimə müraciət edirlər. Məsələn mədəaltı vəzinin yoxlanılması üçün xəstəyə kompyuter tomoqrafiyası aparılır. Burda isə xəstənin ağciyərinin zədələndiyi məlum olur. Bunu stereometriya müayinəsi ilə tomoqrafiyasız da müəyyənləşdirmək olar. Əgər xəstənin ciyərlərinin ölçüsü azalıbsa, bu koronavirusun təsiri ola bilər",-deyə Dr. Baranova qeyd edib.

Anna Baranova əlavə edib ki, koronavirusun asimptomatik daşıyıcılarında ağciyərin kiçilməsi ilə yanaşı böyrək fəaliyyətində də pozulma ola bilər. O bildirib ki, glomerular filtrasiya üçün bir qan testindən keçməklə bunu müəyyənləşdirmək mümkündür.

Bu səbəbdən Anna Baranova koronavirus testi müsbət çıxan asimptomatik daşıyıcılara həkimə müraciət edərək ağciyər və böyrəklərini müayinədən keçirməyi tövsiyə edib.