Mobil əlavə istifadəçiləri 1,4 milyarddan çox video və səsli zəng ediblər Mobil əlavə istifadəçiləri 1,4 milyarddan çox video və səsli zəng ediblər

“WhatsApp”dan tarixi rekord

Mobil əlavə istifadəçiləri 1,4 milyarddan çox video və səsli zəng ediblər

Bütün dünyada Yeni il bayramı ərəfəsində “WhatsApp” istifadəçiləri mobil əlavə vasitəsilə etdikləri zənglərin sayına görə tarixi rekorda imza atıblar.

AzNews.az “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Facebook” şirkəti tərəfindən yayımlanmış pres-relizdə deyilir.

Belə ki, mobil əlavə istifadəçiləri 1,4 milyarddan çox video və səsli zəng ediblər.

Analitiklər bildiriblər ki, “WhatsApp” zənglərinin populyarlığı koronavirus pandemiyası ilə əlaqədardır – sosial distansiyaya baxmayaraq, insanlar bir-biriləri ilə əlaqədə qalmalıdırlar.