İlk sırada siyasi elmlər yer alır İlk sırada siyasi elmlər yer alır

Gələcəyin ən perspektivli peşələri hansılar olacaq?

İlk sırada siyasi elmlər yer alır

Texnologiyanın inkişafı ilə peşələr də insan ehtiyacından asılı olaraq dəyişir. Əslində keçmişdə önəmli olan bir çox peşə sahəsi bu gün tətbiq olunmur. “Business Insider” saytı gələcək üçün ən prespektivli peşələri müəyyənləşdirib.

AzNews.az həmin siyahını təqdim edir:

1. Siyasi elmlər

2029-cu ilə qədər nəzərdə tutulan yeni vakansiya sayının 400 nəfər olacağı elan edilib. Bu peşənin illik orta əmək haqqı 124 100 dollar olaraq göstərilib.

2. Kimya mühəndisi

2029-cu ilə qədər nəzərdə tutulan yeni vakansiyaların sayı 1400 nəfər elan edilib. Bu peşənin orta illik maaşı 114 820 dollar olaraq göstərilib.

3. Əməliyyatlar üzrə araşdırmaçı analitik

2029-cu ilə qədər nəzərdə tutulan yeni vakansiyaların sayı 26100 nəfər elan edilib. Bu peşənin orta illik maaşı 92 280 dollar olaraq bildirilib.

4. Həkim

2029-cu ilə qədər nəzərdə tutulan yeni vəzifələrin sayı 1300 nəfər elan edilib. Bu peşənin orta illik əmək haqqı 137 700 dollar olaraq göstərilib.

5. Hidroloq

2029-cu ilə qədər nəzərdə tutulan yeni vəzifələrin sayı 400 nəfər elan edilib. Bu peşənin orta illik əmək haqqı 90 150 dollar olaraq göstərilib.

6. Qida texnologiya mütəxəssisi

2029-cu ilə qədər nəzərdə tutulan yeni vəzifələrin sayı 600 nəfər elan edilib. Bu peşənin illik orta əmək haqqı 80 190 dollar olaraq ifadə edilib.

7. İqtisadiyyat müəllimi

2029-cu ilə qədər nəzərdə tutulan yeni vakansiyaların sayı 900 olacaq. Bu peşənin illik orta maaşının 123 720 dollar olduğu ifadə edildi.

8. Biomühəndis

2029-cu ilə qədər nəzərdə tutulan yeni vəzifələrin sayı min elan edilib. Bu peşənin orta illik əmək haqqı 98 340 dollar olaraq göstərilib.

9. İqtisadçı

2029-cu ilə qədər nəzərdə tutulan yeni vəzifələrin sayı 2900 nəfər elan edilib. Bu peşənin orta illik əmək haqqı 120 880 dollar olaraq ifadə edilib.

10. Statistik

2029-cu ilə qədər nəzərdə tutulan yeni vəzifələrin sayı 14 800 nəfər elan edilib. Bu peşənin illik orta əmək haqqı 97 170 dollar olaraq göstərilib.

11. Epidemioloq

2029-cu ilə qədər nəzərdə tutulan yeni vakansiyaların sayı 400 nəfər elan edilib. Bu peşənin orta illik əmək haqqı 83 100 dollar olaraq ifadə edilib.

12. Kompüter mühəndisi

2029-cu ilə qədər nəzərdə tutulan yeni vakansiyaların sayı 5000 elan edilib. Bu peşənin orta illik əmək haqqı 130 890 dollar olaraq göstərilib.

13. Təhsil məsləhətçisi

2029-cu ilə qədər nəzərdə tutulan yeni vakansiyaların sayı 3 700 nəfər elan edilib. Bu peşənin orta illik əmək haqqı 75 010 dollar olaraq ifadə edilib.

Şəbnəm Zahir

AzNews.az