"YouTube" peyvəndlərlə bağlı dezinformasiyalı videoları siləcək

Dünyada təsdiq edilmiş koronavirusa qarşı peyvəndləri şübhə altına salan bütün videolar "YouTube"-dən silinəcək

"YouTube" videohostinqi dezinformasiya ilə mübarizə çərçivəsində dünyada təsdiq edilmiş koronavirusa qarşı peyvəndləri şübhə altına salan bütün videoları siləcək.

Aznews.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu "YouTube"un vitse-prezidenti Mett Halprin deyib.

Onun sözlərinə görə, peyvəndlərin təhlükəli olduğunu və ya sağlamlığa uzun müddətli mənfi təsir göstərə biləcəyini göstərən bütün videolar videohostinqdən silinəcək.