Bəzi viruslar hətta yanaqdan öpüşlə də yoluxur Bəzi viruslar hətta yanaqdan öpüşlə də yoluxur

Öpüşlə insana keçən dəhşətli xəstəliklər - İnfeksionistdən xəbərdarlıq

Bəzi viruslar hətta yanaqdan öpüşlə də yoluxur

Cinsi və virus infeksiyaları, hətta xərçəng yaradan xəstəliklər təkcə cinsi əlaqə yox, ilk baxışdan təhlükəsiz görünən opüşmə ilə də keçir.

Aznews.az xəbər verir ki, həkim infeksionist Tatyana Kovaleva, Marina Perederenko öpüşlə qadından kişiyə və ya əksinə keçə bilən dəhşətli xəstəlikləri sadalayıb.

"Öpüşlə insan papiloması virusu, sifilis, koronavirus, meymunçiçəyi, müxtəlif növ herpeslər, mədə yarasına səbəb olan Hp philori və bəzən hepatit virusları ötürülə bilir.

Ümumiyyətlə, ağız suyu ilə hava - damcı yolu ilə yayılan bütün xəstəliklərə - qızılca, soyuqdəymə, qrip, enterovirus, rotavirus kimi bağırsaq qripi və s. infeksiyalar keçir.

Bəzi viruslar hətta yanaqdan öpüşlə də yoluxur. Yəni burda söhbət təkcə qadın kişinin yoluxmasından yox, doğmalar, ata-ana, dostlar, nənə-baba da aiddir.

Amma dodaqdan öpüşmə ilə daha dəhşətli infeksiyalar keçir.

I və II tip herpes dodaqdan öpüşlə asanlıqla keçir. Əgər partnyorunuzla romantik görüşdən sonra, dodaqlarınız uçuqladısa bilin ki, herpes ocağı var"./Bakupost.az