"Ora oğlumun öldüyü yerdir" "Ora oğlumun öldüyü yerdir"

Bayden yenə səhvə yol verdi

"Ora oğlumun öldüyü yerdir"

ABŞ prezidenti Co Bayden Florida ştatında "İnflyasiyanın azaldılması haqqında" qanunla bağlı çıxış edib.

AzNews.az xəbər verir ki, o çıxışı zamanı səhvə yol verib.

Belə ki, prezident danışarkən Ukrayna əvəzinə İraq deyib: "İraqdakı müharibə səbəbindən inflyasiya hazırda bütün dünyada böyük problemdir. Bağışlayın, Ukraynadakı müharibə. Mən İraqı düşünürəm, çünki ora oğlumun öldüyü yerdir".

Qeyd edək ki, Co Baydenin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. O, 2015-ci ildə ABŞ-nin Merilənd ştatındakı xəstəxanalardan birində 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib.

Pərvanə