Son illərin populyar müalicəsi - SPERMA

Seksuallıq haqqında çoxlu bilinməyən məlumatlar var. Spermanın faydaları da əhatə olunmayan məsələlər arasındadır. Sperma ilə təmas bir çox insan üçün iyrənc və ürək bulandıran görünsə də, dünyanın müxtəlif yerlərində sperma fərqli sahələrdə istifadə edilir.

Spermanın inanılmaz faydaları...

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə son illərdə sperma ilə bağlı müalicələr çox populyarlaşıb. TikTok-da edilən trendlərdə sperma dəriyə tətbiq edilir ki, bu da dəri problemləri ilə əlaqədardır. Sperma ilə təmas ürək bulanması kimi görünsə də, elmi olaraq sübut edilmiş faydaları var.

Spermanın bir protein qaynağı olduğu bilinir. Ancaq spermanın tərkibindəki protein düşünüldüyü qədər yüksək deyil.

Araşdırma aparan elm adamları spermanın depressiya riskini azaltmaqda təsirli olduğunu bildirirlər.

Sperma həmçinin yaxşı yuxunu təmin edir.

Spermada melatonin var. Melatonin yuxunu və rahatlamağı təşviq edən bir kimyəvi maddədir.

Sperma zülal baxımından çox zəngin sayılmır, lakin əksər vitamin və minerallarla zəngindir. Bir çay qaşığı sperma: C vitamini, kalsium, xlor, limon turşusu, fruktoza, laktik turşu, maqnezium, azot, fosfor, kalium, natrium, B12 vitamini və sink daxil olmaqla 200-dən çox zülal və bir çox faydalı vitamin və mineral ehtiva edir.

Yaşlanma prosesini gecikdirir

Sperma dərinin sağlam görünməsinə kömək edə bilər, lakin hər kəs onu üzünə sürtmək istəmir.

"Sperma sink, C vitamini, prostaqlandinlər, kollagen, vitaminlər, amin turşuları və dəriyə fayda verəcək bir çox digər sağlamlıq maddələri kimi mineralları özündə birləşdirir.

Norveçin "Bioforskning" şirkəti birləşmələri sintez edərək üz kremi hazırlayıb. İstehsalçının fikrincə, "Spermine" kremi E vitaminindən 30 dəfə daha təsirli olmaqla yaşlanma prosesini 20 faiz gecikdirə bilir.

NURAY

AzNews.az