- Maraq dairəsi
- 2 Dekabr 2022 14:04
- 10 496
Elektron siqaretlər nə qədər ziyanlıdır?
Zaman zaman adi siqaretlərdən daha az zərərli olduğu iddia edilən və siqareti tərgitmək üçün istifadə edilən elektron siqaretlər üzərində araşdırma aparılıb. Araşdırmadan sonra elektron siqaretlərin zərərləri üzə çıxıb.
Elektron siqaretlərin zərərli olub-olmaması uzun illərdir ki, müzakirə olunur. Bəziləri adi siqaretlərin elektron siqaretlərdən qat-qat zərərli olduğunu və tərkibində çoxlu zərərli kimyəvi maddələr olduğunu iddia edərkən, bəziləri elektron siqaretlərin adi siqaretlərdən daha məsum olduğunu düşünür.
Aznews.az xarici mediaya istinadən bildirir ki, ABŞ-ın Viskonsin Universiteti tərəfindən aparılan araşdırmada mütəxəssislər elektron və ya adi siqaretlərdə olan nikotinin bədənin simpatik sinir sistemini aktivləşdirdiyini və bunun “mübarizə et və ya qaç” reaksiyası ilə əlaqəli olduğunu bildiriblər.
Bu reaksiya kiminsə stress və ya təhlükə altında olması ilə meydana gələn ürək döyüntüsünün və qan təzyiqinin artması, eləcə də ürəyin oksigenə olan ehtiyacının çoxalması ilə damarların divarlarına zərər verdiyi zaman baş verir.
Tədqiqat üçün təxminən 400 nəfər elektron və adi siqaretdən istifadə edən şəxslərin siqaret çəkmədən 15 dəqiqə və sonrakı vəziyyəti izlənib. İştirakçılardan 164-ü elektron, 117-si isə adi siqaret çəkənlər olub.
Hər iki qrupda ürək döyüntülərinin dəqiqədə dörd döyüntü artdığı müşahidə olunub. İştirakçıların qan təzyiqləri də eyni dərəcədə yüksəlib.
Amerika Ürək Assosiasiyasının iclasında təqdim edilən tədqiqatın aparıcı tədqiqatçısı, professor Metyu Tattersal deyib: “Bu tapıntılar göstərir ki, ürək-damar xəstəlikləri üzrə risk faktorları elektron siqaret və ya siqaretdən dərhal sonra daha çox artmış olur".
Elektron siqaretlər ətirli mayeni isidərək, insanlara nikotini tüstüdən çox buxar kimi udmağa imkan verir. Buna görə də Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən tütünə daha təhlükəsiz alternativ kimi tövsiyə edilir.
Nuray
AzNews.az