Turşu suyundakı inanılmaz möcüzə

Adını eşidəndə belə ağızı sulandıran turşu suyunun faydaları heyrət doğurur. Həzm sistemindən tutmuş, qan şəkərinin səviyyəsinin qorunmasına qədər bir çox faydası olan turşu suyunun yararlarını bir araya gətirdik.

Süfrələrin vazkeçilməzləri arasında yer alan turşular yeməklərə ləzzət qatır. Bir çox tərəvəz və meyvələrdən hazırlanmış turşuların çoxsaylı faydası var. İnsan sağlamlığına həqiqətən xeyir verən isə daha çox turşuların şirəsidir.

Aznews.az bildirir ki, bol natrium, maqnezium və kalium ehtiva edən turşu suyunun faydaları bunlardır:

Fermentə edilmiş qidalardan ibarət olan turşu suyu tərkibindəki probiyotiklər sayəsində həzm və immun sistemində meydana gələ biləcək bakteriya və infeksiyalara qarşı müqavimət yaradır. Sağlam olmaq istəyənlər turşu suyunu tez-tez istehlak etməlidirlər, amma çox deyil, 1 stəkan kifayətdir.

Turşu suyu yüksək miqdarda natrium, kalium və maqnezium şəklində elektrolitlərlə doludur. İdman və məşqdən sonra itirilmiş enerjini geri qaytarmaq üçün 1 stəkan turşu suyu içilməsi toparlanmağa kömək edir.

Turşu şirələrindəki sirkə qan şəkərinin səviyyəsini normal saxlamaqla onun yüksəlməsinin qarşısını alır.

Turşu şirəsindəki sirkə turşusu yağ yığılmasını azaltmağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Bundan əlavə, bu, arıqlamaqda da təsirlidir.

Həzm və bağırsaq sistemini tarazlıqda saxlamağa kömək edən turşu suyu səhərlər içilən zaman bağırsaq narahatlığından yaranan qəbizlik problemini həll etməyə kömək edir.

Turşu suyu bədən üçün çox faydalı olan dəmir, maqnezium, kalsium, kalium və sink kimi mineralları ehtiva edir. Müntəzəm olaraq meyvə-tərəvəz istehlak etməyən insanlar turşu suyu istehlak etməyə üstünlük verə bilər.

Güclü antioksidant olan və C vitamini ilə zəngin olan turşu suyu müntəzəm qəbul edildikdə sərbəst radikallarla mübarizə aparacaq, xərçəng və şiş kimi xəstəliklərin orqanizmə daxil olmasının qarşısını alacaq.

Futbolçular niyə turşu suyu içirlər?

Futbolçular matç fasiləsində turşu suyu içirlər ki, bu da onların zədə ağrılarını zəiflədir. İtirilmiş duz norması turşu suyu sayəsində orqanizmə qayıdır.

Nuray

Aznews.az