Dərini soyuqdan qorumaq üçün su nəmləndirici qədər vacibdir

Qış aylarında dərini soyuqdan qorumaq üçün nəmləndirici kimi bol su qəbul etməyin də vacib olduğu ortaya çıxıb.

Aznews.az xəbər verir ki, dermatoloqlar skrab və pilinq tətbiqlərinin həddindən artıq olması halında da dəri quruluğunun meydana çıxa biləcəyini söyləyir.

Qış aylarında dərimiz çox quru olduğundan onu nəmləndirməyə ehtiyac yaranır. Xüsusilə soyuqdan mexaniki qoruyucu geyimlərimizi, məsələn, əllərimizi qorumaq üçün əlcəklərimizi geyinməliyik”.

Xüsusilə işləyən və oxuyan insanlar işdən evə qayıtdıqda üzlərini çox yaxşı təmizləməli və nəmləndirməlidirlər. Hava çirkli olduğu üçün havada asılı qalan hissəciklər üzümüzə yapışır ki, bu da üzümüzü yaxşıca təmizləməyə zərurət yaradır. Dərinin növünə və yaşa uyğun nəmləndiricilərdən gecə istifadə etmək məsləhətdir.

Dəri tipimizə görə düzgün, nizamlı təmizləmək, nəmləndirmək və bol su içmək çox vacibdir. Çünki dərinizə nə qədər nəmləndirici sürtsəniz də bol su içmək dərimizi daxildən nəmləndirir.

Dərini təmizləyərkən skrabdan istifadə etmək cəmiyyətimizdə adi haldır. Skrab mexaniki prosesdir; dərini yeniləyir, qan dövranını artırır, amma həddən artıq edildikdə dərini qurudur. Ona görə də ayda bir dəfə skrab kifayətdir, xüsusilə qışda.

Nuray

AzNews.az