Hər gün nar yeməyin misilsiz faydaları

Nar digər qida maddələri ilə müqayisədə fövqəladə faydaları olan bir məhsuldur. Hər gün bir nar yediyiniz zaman orqanizmə möcüzəvi təsir göstərir. Təbii ürək dərmanı olaraq xarakterizə edilən narın şirəsindən tutmuş çiçəyinə və qabığına qədər hər bir hissəsi faydalıdır. Narın qan təzyiqi, diabet, xərçəng, qəbizlik, soyuqdəymə və qan azlığı kimi xəstəliklərə inanılmaz müsbət təsiri var. Bəs həkimlərin ən dəyərli qida hesab etdiyi nar hər gün yeyildikdə nələrə səbəb olur?

Aznews.az xəbər verir ki, nar tarix boyu gücün, məhsuldarlığın və məğlubedilməzliyin simvolu olmuş bir qidadır. Nar bu şöhrəti əbəs yerə almayıb. Narın faydaları əsrlər boyu tanınıb və bu onu möcüzəvi qidalar siyahısında birinci yerə daşıyıb. Nar qabığından nüvəsinə, şirəsindən qoruyucu pərdələrinə qədər ən güclü antioksidantlara malik meyvədir. Nar təbii ürək dərmanı kimi təsvir edilsə də, tumları gənclik iksiri, qabığı xərçəng əleyhinə məhsul kimi qəbul edilir. Nar çiçəyinin şəkər xəstəliyinə faydası var.

İslamda müqəddəs sayılan nar, Anadolu mədəniyyətləri də daxil olmaqla bir çox mədəniyyətdə bərəkət və bolluğu simvolizə edirdi. Nar bədənə saysız-hesabsız şəfa verir. Bu müalicələrdən ən qiymətlisi ürək-damar sağlamlığı ilə bağlıdır. İllər keçdikcə damarlara tıxanmaya səbəb olan yığıntılar toplanır ki, bu da infarkt və insultun riskini artırır. Hər gün bir nar yedikdə damarlar təmizlənir.

Qan dövranını sürətləndirən nar, toxumalara kifayət qədər qan və oksigen çatdırılmasını təmin edir və infarktdan qoruyur. Hər gün bir nar istehlak edən insanların infarkt riski əhəmiyyətli dərəcədə aşağıdır.

Narın həm də xolesterinsalıcı təsiri var. Xolesterol və yağ yığılması ürək xəstəliklərinin ümumi səbəblərindən biridir. Nar damarları tutan "pis" xolesterini aşağı salmağa kömək edə bilər. Hər gün bir nar yeyəndə orqanizminizdəki “yaxşı” xolesterin yüksəlir ki, bu da insult və infarkt riskini azaldır.

Nar təzyiqi stabilləşdirən xüsusiyyəti sayəsində yüksək təzyiq dəyərləri olan şəxslərdə təzyiqi aşağı salmağa, qan azlığından əziyyət çəkən insanlarda isə təzyiqi lazımi səviyyəyə çatdırmağa kömək edir. Amma bu məqamda narın istifadə edilən dərmanlarla qarşılıqlı təsirinə diqqət yetirilmək lazımdır. Ürək xəstəlikləri, hipertoniya və ya hər hansı digər xəstəliklərin müalicəsi üçün davamlı olaraq dərman istifadə edən şəxslər müntəzəm nar istehlakına başlamazdan əvvəl mütləq həkimindən məsləhət almalıdırlar.

Hər gün bir nar yediyiniz zaman mədənizdən tutmuş bağırsaqlarınıza qədər bütün həzm sisteminə heyrətamiz təsirlərini görəcəksiniz. Nar həzm pozğunluğuna qarşı çox təsirlidir. Onun güclü antibakterial və antiviral təsiri bağırsaqların düzgün işləməsini təmin edir və bütün zərərli mikroorqanizmləri və digər bakteriyaları yox edir. Nar müntəzəm istifadə olunduqda qəbizlik və şişkinlik kimi həzm problemlərinin qarşısı alına bilər.

Bu gözəl meyvə, diş ətindəki infeksiyaları da məhv edir. Ağız florasını tənzimləyən nar diş daşlarını məhv edir.

Bir çox elmi araşdırmada narın müntəzəm istifadəsi yaddaşı da yaxşılaşdırır.

Nuray

Aznews.az