- Maraq dairəsi
- 13 Dekabr 2022 19:14
- 8 638
Ayaqyolundan gələn təhlükə - DİQQƏT
Alimlər tualetin oturacağının qapağını bağlamadan sifonun çəkilməsi zamanı nə baş verdiyini lentə alıblar.
Aznews.az xarici mediaya istinadla xəbər verir ki, görüntülərdə tualet oturacağının qapağı açıq şəkildə yuyulduğu zaman tualetdən atılan damcıların 8 saniyədə iki metrə qədər yüksəldiyi və bəzi hissəciklərin dəqiqələrlə havada asılı qaldığı ortaya çıxıb.
Belə damcıları insanlar görə bilmir, ona görə də onları görmək üçün alimlər lazerlərdən istifadə ediblər. Bu damcıların tərkibində E. coli, norovirus və koronavirus kimi təhlükəli patogenlər ola bilər.
Qapağı bağladıqdan sonra tualetə su vurun!
Kolorado Boulder Universitetinin alimləri tərəfindən çəkilmiş görüntülərdə ilginc mənzərə üzə çıxıb.
Tədqiqatçılar müəyyən ediblər ki, hissəciklər saniyədə 2 metr sürətlə uçaraq, səkkiz saniyə ərzində tualetin üstündən 1,5 metr hündürlüyə çata bilir. Ən böyük damcılar bir neçə saniyə ərzində səthlərə çökür, daha kiçik və buna görə də daha yüngül hissəciklər isə bir neçə dəqiqə havada asılı qalır.
Kiçik hissəciklər nəinki havada daha uzun müddət üzürlər, həm də burundan daxil olaraq ağciyərlərdə daha dərinlərə çata bilirlər.
Əvvəlki araşdırmalar göstərib ki, Covid-ə (SARS-CoV-2) səbəb olan virus insan nəcisində mövcuddur, ancaq onun tualetdən effektiv şəkildə yayılmasına dair hələ heç bir qəti sübut yoxdur.
Tədqiqatçılar 60 ildən çoxdur ki, tualetin yuyulması zamanı gözəgörünməz hissəciklərin havaya yayıldığını bilirlər, lakin yeni araşdırma bu hissəciklərin necə göründüyünü və səthlərə necə düşdüyünü göstərir.
Nuray
AzNews.az