- Maraq dairəsi
- 14 Dekabr 2022 15:08
- 7 011
"Facebook"a qarşı 2 milyard dollarlıq iddia qaldırılıb
Keniyada zorakılığı təbliğ edən yazıların dərcinə və paylaşılmasına icazə verdiyi üçün dünyanın ən böyük sosial şəbəkələrindən biri olan "Facebook"a qarşı 2 milyard dollarlıq iddia qaldırılıb.
Aznews.az xəbər verir ki, bu barədə Paytaxt Nayrobidə yerləşən Katiba İnstitutu qeyri-hökumət təşkilatı və efiopiyalı tədqiqatçılar Abrham Meareq və Fisseha Tekle Keniya Ali Məhkəməsinə müraciət edib.
İddiaçıların vəkilləri tərəfindən verilən açıqlamada "Facebook"un istifadə etdiyi alqoritmlə nifrət nitqini dəstəkləyərək şiddətin yayılmasına səbəb olduğu və ölümlərə görə məsuliyyət daşıdığı bildirilib.
Mövsüm