- Maraq dairəsi
- 14 Dekabr 2022 19:36
- 10 063
Heyvanın faydaları nələrdir?

Heyva antiviral (viruslara qarşı) xüsusiyyətlərə malikdir, antiseptikdir. Soyuqdəymə, qrip və digər viral patogenlərdən qorunmanı təmin edir. Tərkibindəki C vitamini, mis, dəmir, kalium və maqnezium ilə heyva immuniteti gücləndirir, iltihabı azaldır və orqanizmi virus hücumlarına qarşı qoruyur. Heyva həm də antiallergik xüsusiyyəti ilə qan azlığı, qaraciyər xəstəlikləri, ürək-damar xəstəlikləri, göz xəstəlikləri, astma və digər tənəffüs yolları xəstəlikləri, sistitlə mübarizədə faydalıdır.
Heyvanın faydaları nələrdir? Necə istehlak edilməlidir?
Aznews.az xəbər verir ki, bu meyvənin tərkibində çox güclü antioksidantlar olan polifenolik birləşmələr var. Bu birləşmələr sərbəst radikallarla mübarizə aparır və yaşlanma prosesini ləngidir. Onlar həmçinin ürək-damar xəstəliklərindən və insult riskindən qoruyur. Mədə xorası üçün istifadə edilən heyva bal ilə qarışdırılaraq qəbul edilsə, kolit, ishal, bağırsaq infeksiyaları və qəbizlik üçün idealdır.
Qaynadılmış heyva tumlarından alınan jele göz problemlərini, selikli qişaların iltihablarını və hətta boğaz ağrılarını aradan qaldırmaq üçün istifadə olunur. Bəzi araşdırmalar göstərir ki, heyva tərkibindəki güclü antioksidantlarla bəd xərçəng hüceyrələrini məhv etməyə kömək edir və heyva suyu stresslə mübarizədə təsirlidir. Heyva ürəkbulanma və qusmanın qarşısını alır, bulantıları aradan qaldırır. Yaponiyada aparılan araşdırmada heyva qabığındakı antiviral maddələrin A, B və C Hepatitlərinə səbəb olan orqanizmlərin böyüməsinə maneə törətdiyi müəyyən edilib.
Heyvanın tərkibindəki vitamin və mineralların qaraciyərin fəaliyyətini stimullaşdırdığı və mədəaltı vəzi çatışmazlığının müalicəsində köməkçi rol oynadığı iddia edilir. Soyuq havalarda xəstəlik ehtimalı artdığından immunitet sistemini gücləndirmək böyük əhəmiyyət kəsb edir. Heyva İmmun sistemini gücləndirir. Heyva, zəngin A, B, C vitaminləri və kalium quruluşu ilə xərçəngdən bağırsaq xəstəliklərinə, oynaq ağrılarından öskürəyə qədər bir çox xəstəliyə qarşı qoruyucu və müalicəvidir. Heyva polifenolik birləşmələr, antioksidant birləşmələr, pəhriz lifi, vitamin və minerallar baxımından sağlamlıq anbarıdır. 100 qram heyvada gündəlik ehtiyacın 25 faizini ödəyəcək C vitamini var.
Heyva xolesterini balansda saxlamağa kömək edir. Heyva çayı və ya heyva suyu dəri yaralarının, sızanaqların və ləkələrin müalicəsində kömək edir. Heyvanın ətli hissəsini təşkil edən büzücü (həzm sistemi vasitəsilə baş verən zəhərlənmələrdə selikli qişanın kiçilməsi üçün istifadə olunan maddələr) taninlər kimi tanınır. Bu taninlər kateşin və epikateşindir, yoğun bağırsaqda xərçəng əmələ gətirən kimyəvi maddələri bağlayır, selikli qişanı xərçəng, divertikulit (selikli yırtıq) və iltihablı (iltihabi) bağırsaq xəstəliklərindən qoruyur.
Heyvadan mürəbbə, jele, souslar, pudinglər, şərbətlər və hətta tortlar hazırlana bilər. Bişirməzdən əvvəl heyva toxumlarını çıxardığınızdan əmin olun. Alma, ərik və oxşar meyvələrdə olduğu kimi, toxumlarında mədədə hidrogen siyanidə çevrilən amigdalin var. Həddindən artıq miqdarda qəbul edilməsi sianid zəhərlənməsinə səbəb olur.
Nuray
Aznews.az