"Twitter" bəzi jurnalistlərə İlon Mask haqqında reportaj hazırlamağı qadağan edir

"Twitter"-in CEO-su İlon Maskı izləyicisi olan bir neçə tanınmış jurnalistin Tviter hesabları qəfil dayandırılıb.

Aznews.az xəbər verir ki, "The New York Times", "CNN" və "Washington Post" müxbirlərinin bəziləri cümə axşamı hesablarının dayandırıldığını aşkar ediblər. Tviter sözçüsü "The Verge" texnoloji saytına bildirib ki, qadağa məkan məlumatlarının canlı paylaşılması ilə bağlıdır.

Qeyd edək ki, qadağalar İlon Maskın təyyarəsinə baxan profil sahibini məhkəməyə verəcəyinə söz verməsindən sonra baş verib.

Mövsüm