ABŞ-nin "Tesla" avtomobil istehsalçısı süni intellekt əsaslı sürücü yardım texnologiyalarını Çində sınaqdan keçirməyə başlayıb.
Aznews.az xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Tao Lin deyib.
""Tesla" müstəqil olaraq Çində süni intellekt təlim mərkəzinə investisiya qoyub və oradan istifadə etməyə başlayıb", - deyə o bildirib.
O, mərkəzin hesablama gücünü açıqlamayıb, sadəcə şirkətin mövcud ehtiyaclarını ödəmək üçün kifayət olduğunu qeyd edib.
AzNews.az