- Maraq dairəsi
- 12:12
- 1 198
Milyarder uşaqlarını mirasdan MƏHRUM ETDİ
Fransalı milyarder Pyer-Eduard Sterin uşaqlarını mirasdan məhrum etmək və ölkədə 200 illik Napoleon Məcəlləsində dəyişikliklər edilməsini təklif edir.
AzNews.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
Belçikada yaşayan 52 yaşlı iş adamı Fransa Senatında video bağlantı vasitəsilə çıxış edərək mövcud miras qanunlarını tənqid edib. Onun sözlərinə görə, hazırkı sistem valideynlərin əmlakı ilə bağlı sərbəst qərar verməsinə imkan vermir.
Sterinin beş övladı var, lakin o, onlara miras buraxmaq istəmədiyini bildirib.
“Uşaqlarımın həyatını məhv etmək istəmirəm, onlara bir qəpik də vermək niyyətində deyiləm. Sıfırdan başlamaq əsl azadlıqdır”, – deyə milyarder qeyd edib.
1804-cü ildə qəbul edilən Napoleon Məcəlləsinə əsasən, uşaqlar “məcburi varis” hesab olunur və valideyn əmlakının müəyyən hissəsinə hüquqlu olurlar. Sterin isə bu qaydaların dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib.
O, sərvətini xeyriyyə təşkilatlarına bağışlamaq istədiyini də vurğulayıb.
Sterin həmçinin Avropada fəaliyyət göstərən hədiyyə sertifikatları şirkəti Smartbox-un təsisçisidir. Onun sərvəti təxminən 1,4 milyard avro olaraq qiymətləndirilir.
Milyarder eyni zamanda ifrat sağçı baxışları ilə tanınır. O, Fransa Senatında “Périclès” adlı siyasi layihə ilə bağlı ifadə verib. Senatorlar isə onun qanunla qadağan olunmuş siyasi fəaliyyətlərin maliyyələşdirilməsinə cəhd etdiyindən şübhələnirlər.