- Münaqişə ocağı
- 4 Aprel 2019 13:41
- 1 033
Xarici işlər nazirlərinin növbəti görüşü razılaşdırıldı

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı razılaşdırılıb.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, yaxın zamanlarda ikitərəfli görüş baş tutacaq:
“Biz artıq tarix barəsində razılıq əldə etmişik. Bu tarix ənənəvi olaraq Bakıda və Yerevanda açıqlanacaq”.(trend.az)
AzNews.az