Paşinyan və Saakyandan Qarabağ bəyanatı - VİDEO

Ermənistan Qarabağın kompleks təhlükəsizliyinin qarantı olaraq qalmağa davam edəcək

Dünən İrəvanda Ermənistan və qondarma Qarabağ rejiminin “milli təhlükəsizlik şuraları”nın birgə iclası keçirilib.

İclasda Ermənistan Baş naziri Nikol Paşinyan və Qarabağ separatçılarının lideri Bako Saakyan iştirak edib.

Paşinyan ölkədə baş verən inqilabdan sonra regionda yeni reallığın formalaşdığını bildirib. O, qondarma rejimdə baş tutacaq “seçki”nin mühüm əhəmiyyət daşıdığını söyləyib. Paşinyan Ermənistanın Qarabağın təhlükəsizliyinin qarantı olaraq qalmağa davam edəcəyini deyib:

“Ermənistan Qarabağın kompleks təhlükəsizliyinin qarantı olaraq qalmağa davam edəcək. Bizim Qarabağın hazırkı rəhbərliyi ilə qarşılıqlı anlayışımız var”.

Bako Saakyan isə Qarabağ konfliktinin həllinə Xankəndinin yanaşmasının dəyişmədiyini söyləyib. Azərbaycanı manipulyativ fəaliyyətlərdə ittiham edən Saakyan Qarabağın Azərbaycanlı İcmasının danışıqlara cəlbi ilə razılaşmayacağını bildirib. (Axar.az)

AzNews.az