Ermənistana dəstək verənlər keçmişdə Avropanın yaşadığı ağrıları başqa coğrafiyada yaşatmaqdan çəkinmirlər Ermənistana dəstək verənlər keçmişdə Avropanın yaşadığı ağrıları başqa coğrafiyada yaşatmaqdan çəkinmirlər

“Ermənistan döyüşmür, qatil kimi cinayət işləyir”

Ermənistana dəstək verənlər keçmişdə Avropanın yaşadığı ağrıları başqa coğrafiyada yaşatmaqdan çəkinmirlər

“Ermənistan quldur dövlət kimi davranır və onu dəstəkləyənlər qətliamın əsl günahkarlarıdır”.

AzNews.az CNN TÜRK-ə istinadən xəbər verir ki, bu sözləri AK Partiyanın sözçüsü Ömər Çelik öz tvitter hesabında işğalçı Ermənistan ordusunun Azərbaycanda mülki insanlara qarşı törətdiyi terrora münasibətində bildirib.

“Liviyada kütləvi məzarlıqların arxasında gizlənənlər Azərbaycan torpağındakı mülki vətəndaşların öldürülməsini həyata keçirənlərdir. Ermənistan insanlığa qarşı etdiklərinə görə günahkardır. Ermənistana dəstək verənlər keçmişdə Avropanın yaşadığı ağrıları başqa coğrafiyada yaşatmaqdan çəkinmirlər.

Ermənistan döyüşmür, qatil kimi cinayət işləyir”,- deyə Ö. Çelik qeyd edib.