143 hektar ərazi mina və PHS-lərdən təmizlənib 143 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə daha 69 mina və 108 PHS aşkarlanıb

143 hektar ərazi mina və PHS-lərdən təmizlənib

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

Aznews.az xəbər verir ki, ANAMA-dan verilən xəbərə görə, iyulun 12-dən 17-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 54 piyada əleyhinə mina, 15 tank əleyhinə mina və 108 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 143 hektar ərazi mina və PHS-lərdən təmizlənib.