"Ermənilər “Şuşi” deyib ağladıqları yerə heç bir yatırım etməyiblər" "Ermənilər “Şuşi” deyib ağladıqları yerə heç bir yatırım etməyiblər"

"Xankəndidəki ermənilər orada istəyərək yaşamır" - Günel Səfərova

"Ermənilər “Şuşi” deyib ağladıqları yerə heç bir yatırım etməyiblər"

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova Qeyri Hökümət Təşkilatlarının (QHT) Şuşa səfəri ilə bağlı AzNews.az analitik-informasiya portalına təəssüratlarını bildirib.

"Şuşa mənə görə Azərbaycanın döyünən ürəyidir. Şuşa səfəri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutdu. QHT rəhbərləri, nümayəndələri, fəal insanlar, beynəlxalq təşkilatların nümayəndələri və jurnalislərlə birlikdə Şuşaya səfər etdik. Sözsüz ki, Şuşaya getmək istəyənlər çox olacaqdı. Ona görə səfər iki mərhələdə təşkil olundu. Bir qrup altıncı gün , bir qrup bazar günü Şuşaya getdi", - o deyib.

Günel Səfərova bunun Şuşaya ilk səfəri olduğunu da qeyd edib:

"Qarabağa ilk səfərim Ağdama olub. Həm Şuşada, həm Ağdamda qarışıq hisslər keçirdim. 6 saatlıq yol qət etməli olduq. Amma o 6 saatlıq yolu heç hiss etmədik ki, necə gəldi keçdi. Səfər ərəfəsində bizə də maraqlı idi, fikirləşdik ki, Şuşada nə ilə rastlaşacağıq, necə gedəcəyik. Xocalının iki kəndindən keçərək Şuşaya getdik".

O əlavə edib ki, yol boyu Şuşanı görməyin həyəcanıyla bərabər, qısa müddətdə görülən işlər də diqqətlərini çəkib.

"Az vaxtda düşmənin talan etdiyi ərazilərdə necə böyük işlər aparılıb, çox gözəl “Zəfər yol” salınıb. Qısa zamanda görülən işlərə nəzər saldıq. Dağıdılmış, viran qoyulmuş ərazilərdən keçərək Şuşaya çatdıq. Şuşa havası, təbiəti, yaşıllığı ilə dağların qoynunda gözəl bir məkandır. Şəhəri gəzdikcə insan bu harmoniyanı hiss edir. Mən müharibə dövründə erməni mətbuatını izləyirdim. Ermənilər “Şuşi” deyib ağlayırdılar".

G.Səfərova bildirib ki, Şuşa və Hadrutda ermənilərin yaşadıqları evlər baxımsız vəziyyətdə idi.

“Ermənilərin yaşadıqları evlərin çoxu baxmısız vəziyyətdədir. Əgər Şuşa sənin idisə, orada niyə şərait yaratmamısan? Cıdır düzünü necə bərbad gündə saxlayıblar. Gövhər Ağa məscidi bərpa edilib ancaq bundan da yaxşı düzəldiləcək. Tarixi abidələrimizə ziyan vurublar. Dövlət bu qədər iş aparıb ancaq Şuşada hələ də erməni vandalizminin qalıqları var. Bu göstərir ki, ermənilər “Şuşi” deyib ağladıqları yerə heç bir yatırım etməyiblər. Oranın inkişafı üçün heç bir iş görməyiblər. Bunlar Ermənistanın iqtisadiyyatını göstərən mövcud amillərdir".

QHT sədri sonda Xankəndidəki vəziyyətdən danışıb: “Xankəndi Şuşa ilə çox yaxındır. Oradan uzaqdan da olsa, Xankəndidəki yaşamı da müşahidə etmək olur. Orda da yaşayış tərzi eynidir. Xankəndində yaşayan erməni əhali istəyərək orada yaşamır. Onlar da narahatdılar. Xankəndi ilə bağlı siyasi qərar Azərbaycanın xeyrinə işləyəcəkdir. Biz Xankəndiyə gedəcəyik, orada yaşayacağıq”.

Şəbnəm Zahir