Məşhur rejissor vəfat etdi - 87 il yaşadı

Dəfn mərasiminin vaxtı haqda bilgi verilmir

Ukraynanın xalq artisti, multiplikator və rejissor David Çerkasski 87 yaşında dünyasını dəyişib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı onun dostu Aleksandr Melamud özünün Facebook səhifəsində yazıb.

"İnsult keçirdikdən sonra o, reanimasiyasında yatıb. Həkimlər iki ay onun həyatı uğrunda mübarizə aparıblar", - deyə Melamud bildirib.

Dəfn mərasiminin vaxtı haqda bilgi verilmir.

"Əfsanə getdi. Gözəl insan, böyük usta və dostum öldü. Xəstələnməzdən öncə o, həmişə həyatın gözəl olduğunu deyirdi". Melamud belə yazıb.

Qeyd edək ki, David Çerkasski "Kapitan Vrungelin sərgüzəştləri", "Doktor Aybolit" və "Xəzinələr adası" filmlərinin rejissoru olub.

Babək Göyüş

© AzNews.az