“Xəzər” jurnalının yeni sayı çap olundu

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb.

AzNews.azın verdiyi xəbərə görə oxucular bu sayda da bir-birindən maraqlı şeirlər, esselər, heakyələrlə tanış olaca biləcəklər.

Jurnalın bu sayında:

“Nobel kürsüsü” rubrikasında – Yorqos Seferisin şeirləri;

“Yubiley” rubrikasında – A.Məsudun şairə həsr edilmiş essesi və Vaqif Bayatlı Odərin şeirləri;

“Bəşəri dəyərlər” rubrikasında – Lao Tszının “Dao de Dzin” əsəri;

“Servantes mükafatı laureatları” rubrikasında – Karlos Fuentesin “Aura” hekayəsi;

“İman işığı” rubrikasında – akademik Nizami Cəfərovun “Әhdi-Әtiqdən Әhdi-Cədidə” mə­qaləsi;

“İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə edilmiş birinci hissə;

“Hekayələr” rubrikasında – Simon Vestdeykin hekayələri;

“Çağdaş dünya poeziyası” rubrikasında – Adonis (Әli Әhməd Səid İbsir), Vilya-Tuliya Huotarinen və Katarina Vuopunenin şeirləri;

“Buker mükafatı laureatları” rubrikasında – Olqa Tokarçukun hekayələri;

“Korifeylər” rubrikasında – Haynrix Böllün “Kişisiz ev” romanının davamı;

“Memuar” rubrikasında – Ernest Heminqueyin “Həmişə səninlə olan bayram”,

“Roman” rubrikasında – Covanino Quareskinin “Don Kamillonun kiçik dünyası” əsərləri yer alıb.

AzNews.az