- Mədəni adam
- 3 Noyabr 2018 11:15
- 2 636
Yuğ Teatında nələr olacaq? – NOYABR REPERTUARI
Tamaşalar Azərbaycan Dövlət Kula Teatrının binasında nümayiş olunacaq
Azərbaycan Dövlət YUĞ Teatrı noyabr ayında maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəlib.
Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov AzNews.aza bildirib ki, sənət ocağının səhnəsində noyabrın 10-da “Məhşər günü”, 11-də yeni tamaşa olan “Müəmmalı bir qətlin üç versiyası”, 17-də isə “Sonuncu” tamaşaları izləniləcək.
Bundan başqa, noyabrın 18-də “Fəna”, 24-də “Qəbir qazma üsulu”, 25-də “Təklif” tamaşaları təqdim olunacaq.
Tamaşalar müvafiq olaraq saat 19.00-da A. Şaiq adına Azərbaycan Dövlət Kula Teatrının binasında nümayiş ediləcək.
AzNews.az