İkigünlük konfrans keçiriləcək İkigünlük konfrans keçiriləcək

“Xalqları qovuşduran Xəyyam sözü”

İkigünlük konfrans keçiriləcək

15 noyabr, saat 11:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AzNews.az-ın verdiyi məlumata görə, konfrans iki gün davam edəcək.

Konfransda "Yaxın və Orta Şərq xalqları ədəbiyyatında rübai və Ömər Xəyyamın ədəbi irsi", "Klassiklərin elmi tərcümeyi-halının tərtibi prinsipləri və Ömər Xəyyamın həyat yolu", "Xəyyamşünaslıq elmi araşdırma istiqaməti kimi və Azərbaycanda Ömər Xəyyam yaradıcılığının öyrənilməsi tarixi", "Şərq poetikasının nəzəri problemləri və Ömər Xəyyam rübailərinin mövzu, ideya, bədii xüsusiyyətləri" və digər bölmələr üzrə müzakirələr aparılacaq.

AzNews.az