- Mədəni adam
- 15 Noyabr 2018 13:21
- 2 981
“Kəklikotu” İsveçrədə təqdim edildi
Film dünyanı gəzir
İsveçrənin məşhur “Ciné 17” kinoteatrında Cinemazadeh studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının təqdimatı keçirilib.
AzNews.az-ın verdiyi xəbərə görə, təqdimatda yerli kino ulduzları Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Fərda Amin, Məcid Hüseynov, aktrisa və saundtrekin ifaçısı Dilarə Kazımova, rejissor və filmin baş prodüseri Cəfər Axundzadə iştirak ediblər.
Baxmayaraq ki, filmin 11 ay öncə nümayişinə başlanılıb, kino indiyədək Avropada, MDB ölkələrində və Türkiyədə böyük maraq doğurur. Lakin Cinemazadeh studiyasının növbəti layihəsi olan “Qış nağılı” filminin çəkilişlərində məşğul olduğu üçün “Kəklikotu”nun təqdimatı bir sıra şəhərlərdə keçirilib. Lakin Cinemazadeh studiyası xəbər verir ki, “Qış nağılı” romantik komediyası filmdə iştirak edən ulduz və baxış sayına görə öz rekordunun vurmaq niyyətindədir.
Qeyd etmək istəyirik ki, “Qış nağılı” filmi təkcə Azərbaycanda deyil həm də Türkiyənin bütün şəhərlərində və bir çox Avropa ölkəsində nümayiş olunacaq.
Filminin rejissoru və baş prodüseri Cəfər Axundzadə bildirib ki, “Kəklikotu”nun İsveçrədə nümayişinin gecikməsinin səbəbi yeni filmin çəkilişləri olub: “Bundan başqa bizdə artıq bitmiş layihələrdə var, hansılar ki, çoxlu güc, piar və qala-gecələrin keçirilməsi üçün vaxt tələb edir. Lakin biz mütləq bizi dəvət edən bütün şəhərləri ziyarət edəcəyik. Dəqiq tarixi hələ deyə bilmərik”.
Filmin süjetində meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu deyilmiş. Milyonla ölçülən həmin əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.
AzNews.az