Qaliblər saytın əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən seçilib Qaliblər saytın əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən seçilib

Kulis.az-ın təsis etdiyi ədəbiyyat mükafatları təqdim olundu - SİYAHI

Qaliblər saytın əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən seçilib

Bu gün “APA Group”da Kulis.az-ın təsis etdiyi “İlin yazıçısı”, “İlin şairi” və “İlin tənqidçisi” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib.

Kulis.az-ın baş redaktoru, yazıçı Şərif Ağayar bildirib ki, qaliblər saytın əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən seçilib.

“Növbəti illərdə də bu mükafatları təqdim etmək niyyətindəyik. İstərdik ki, bu ənənə halını alsın”, - deyə Ş. Ağayar qeyd edib.

Lent.az-ın baş direktoru Qabil Abbasoğlu deyib ki, Kulis.az-ın təsis etdiyi mükafatlar Azərbaycan ədəbiyyatına verilən qiymətdir: “İnternet media kimi yaranan Kulis zaman keçdikcə Azərbaycan ədəbiyyatına güzgü tutdu”.

Daha sonra mükafatlar təqdim olunub.

“Qız və maneken” povest və hekayələr kitabına və Kulis.az-da yayımlanan yeni hekayələrinə görə “İlin yazıçısı” mükafatına Səfər Alışarlı, Kulis.az-da yayımlanan və geniş marağa səbəb olan şeirlərinə görə “İlin şairi” mükafatına Həmid Herisçi və yeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına və bu il çap olunan “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” və “Ədəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığı “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitablarına görə “İlin tənqidçisi” mükafatına isə Elnarə Akimova layiq görülüb.

AzNews.az