Sonuncu dəfə 2006-cı ildə satışa çıxarılıb Sonuncu dəfə 2006-cı ildə satışa çıxarılıb

Bu rəsm əsəri milyonlarla dollara satıldı

Sonuncu dəfə 2006-cı ildə satışa çıxarılıb

İngilis rəssamı Devid Hokninin "The Splash" (Çıləmə) rəsm əsəri İngiltərə paytaxtında 23.1 milyon funt sterlinqə (29.8 milyon dollar) satılıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Sotheby’s" hərrac evi fevralın 11-də xəbər verib.

1966-cı ildə çəkilən rəsm sonuncu dəfə 2006-cı ildə satışa çıxarılıb.

Ümumilikdə, 1937-ci ildə anadan olan sənətkar pop-art üslubunda Kaliforniyada müasir bir evin qarşısında yerləşən hovuzda su sıçrayışını təsvir edən üç rəsm əsəri çəkib. Fevralın 11-də London auksionunda satılan rəsmdən əlavə, 1966-cı ildə kətan üzərində yazılmış və şəxsi kolleksiyada saxlanılan "Small Splash" və "Big Splash" əsərləri var.