Heydər Əliyev Sarayında olacaq Heydər Əliyev Sarayında olacaq

“Məhəbbət əfsanəsi”nin məşqləri başladı

Heydər Əliyev Sarayında olacaq

Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin məşqlərinə start verilib.

AzNews.az xəbər verir ki, proses məşhur baletmeyster Yuri Qriqoroviçin rəhbərliyi ilə həyata keçir.

Səhnə tərtibatı ilə tanınmış rəssam Simon Virsaladze məşğul olub. Bundan əlavə, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.

Qeyd edək ki, balet Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır. Məşhur əsərin təqdimatı 13, 15 və 16 mart tarixlərində Heydər Əliyev Sarayında olacaq. Biletləri “iTicket.az” satış məntəqələrindən əldə etmək mümkündür.