Əməkdar artistdən xəbər var

Xəstəliyi ağırlaşan müğənni yeriməkdə çətinlik çəkir

Əməkdar artist Zöhrə Abdullayeva "Elgizlə izlə" proqramına telefonla bağlanıb.

Hazırda xəstəxanada olan müğənni müalicəsinin davam etdiyini deyib:

"Xəstəxanadayam, sistem edirlər. Hələ buradayam, görək nə olur".

Qeyd edək ki, Z.Abdullayeva uzun müddətdir revmatizmadan əziyyət çəkir. Xəstəliyi ağırlaşan müğənni yeriməkdə çətinlik çəkir. O, 30 kiloqram arıqlayıb. (Axşam.az)

AzNews.az