- Mədəni adam
- 10 İyun 2021 11:57
- 12 144
Ramiz Əzizbəyli “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq
R. Əzizbəyli bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmişdi
Ötən gün vəfat edən Xalq artisti Ramiz Əzizbəylinin dəfn olunacağı yer məlum olub.
AzNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya sənətkarın yaxınları məlumat verib. Bildirilib ki, aktyorun nəşi Qaradağ (“Qurd qapısı”) qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R. Əzizbəyli bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmişdi. Onun eyni zamanda infarkt keçirdiyi açıqlanmışdı.
Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi.