Lənkəran rayon sakininə çaqqallar hücum edərək ona xəsarət yetirib. Lənkəran rayon sakininə çaqqallar hücum edərək ona xəsarət yetirib.
  • Mahal
  • 20 Noyabr 2018 11:19
  •  2 151

Çaqqallar kənd sakinini xəstəxanalıq etdi - Foto

Lənkəran rayon sakininə çaqqallar hücum edərək ona xəsarət yetirib.

Hadisə rayonun Xanbulan kəndində baş verib.

Belə ki, səhər saatlarında işə getmək üçün həyətdən çıxan Cavad Şəmsəddin oğlu Muradov çaqqallarla üz-üzə gəlib. Bu zaman yırtıcı heyvanlar ona hücum edib. O yırtıcı heyvanlara müqavimət göstərən zaman müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səsə C.Muradovun atası gəlib və çaqqallardan birini öldürüb. Xəsarət alan C.Muradov xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə peyvənd vurulub.(virtualaz.org)

© AzNews.az

image description