Şamaxı rayonunda 38 yaşlı döş qəfəsindən bıçaq xəsarəti alıb. Şamaxı rayonunda 38 yaşlı döş qəfəsindən bıçaq xəsarəti alıb.
  • Mahal
  • 6 Mart 2019 11:36
  •  2 446

38 yaşlı kişi özünü bıçaqladı

Şamaxı rayonunda 38 yaşlı döş qəfəsindən bıçaq xəsarəti alıb.

Hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Kamal Mais oğlu Əliyev döş qəfəsindən bıçaq xəsarəti aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Kamal Əliyevin özünə qəsd etdiyi bildirilir. O, ailədaxili münaqişə səbəbindən əsəbiləşərək özünü bıçaqladığını deyib. Məlumata görə, Kamal Əliyev 4 dəfə evli olub, sonuncu dəfə anasının təkidi ilə həyat yoldaşı evdən gedib.

Ailəsinin dağılmasını istəməyən Kamal Əliyev intihar etmək istəyib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(ona.az)

AzNews.az