- Mahal
- 25 Mart 2019 19:26
- 1 794
Gəncədə yol qəzası: xəsarət alanlar var

İlkin məlumatlara görə, 3 nəfər xəsarət alıb.
Gəncədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var.
Hadisə Gəncə-Göygöl yolunun Gəncə şəhər, Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobillə "Ford Tranzit" markalı yük avtomobilin toqquşması nəticəsində ilkin məlumatlara görə, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (report)
AzNews.az