- Mahal
- 16 İyul 2019 07:33
- 2 540
Sabirabad mərkəzi bazarında güclü yanğın başlayıb

Yanğınla bağlı FHN 3 saylı çağırış elan edib
Sabirabad rayonunda güclü yanğın başlayıb.
Hadisə mərkəzi bazarda və yaxınlıqdakı ticarət mərkəzində qeydə alınıb.
Yanğınla bağlı FHN 3 saylı çağırış elan edib. Hadisə yerinə Sabirabad, Saatlı və Şirvan yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. (APA)